...

LUKOYL Azərbaycanın "Yalama" dəniz layihəsindəki iştirak payının bir hissəsini satıb

Energetika Materials 3 Sentyabr 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir E.İsmayılov/ Rusiyanın "LUKOYL Oversiz" və Fransanın "Gaz de France" şirkətləri Xəzərin Azərbaycan sektorunda D -222 (Yalama) perspektivli dəniz strukturunun tədqiqi və işlənməsi layihəsindəki iştirak payının 15 faizinin satılması barədə saziş imzalayıb. Bu barədə Trend -a telefonla Rusiya şirkətinin mətbuat xidmətindən bildriblər. Sövdələşmənin dəyəri açıqlanmır.

Sövdələşməni Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən təsdiq edilməlidir. Sövdələşmənin yekunu üzrə layihədə iştirak payları bu formadadır: 65 faiz - LUKOYL, 20 faiz - ARDNŞ, 15 faiz - Gaz de France.

"Overseas Operating Company Ltd." şirkəti ("Yalama" layihəsinin operatoru) noyabrın ortalarında bu strukturda kəşfiyyat quyuları qazılmasına başlamağı planlaşdırır.

Əvvəllər "LUKoyl-VolqoqradNİPİmorneft" ASC tərəfindən yeni quyular qazılan zaman ətraf mühitə təsirin qiymətləndirilməsi layihəsi hazırlanıb.

Qazmanı, perspektivli blok məhsullarının tədqiqi, işlənməsi və paylanması layihəsinin operatoru "Overseas Operating Company Ltd." həyata keçirəcək. İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, birinci kəşfiyyat quyusundan 22 km aralıda, suyun 690 metr dərinliyində qazılacaq.

LUKOYL "Yalama" da ilk quyunu 2005 - ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi 4500 m təşkil edib. Qazma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.

"Heydər Əliyev adına" qazma qurğusu suyun 1000 metr dərinliyində 9 min metrədək dərinlikdə quyu qazmaq üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m. təşkil edir və bu o deməkdir ki, qurğu əməli olaraq onun bütün akvatoriyasında işləyə bilər.

"Yalama" (D-222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997- ci il iyulun 3 - də imzalanıb.

D-222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 70 metr dərinliyədək Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir.

2003 -cü ildə D -222 blokunda kəşfiyyat işlərinin aparılması və blokun işlənməsinə dair əlavə şərtlərlə bağlı razılaşma zərfi imzalanıb, müqavilə "LUKOYL"un layihədə payının 80%-dək artırılması və müqavilə sahəsinin 3 min kv.km - dək genişləndirilməsini nəzərdə tutur. 2006 -cı ildə kəşfiyyat dövrü 2009 - cu il noyabrın 1-dək uzadıdıb.

Xəbər lenti

Xəbər lenti