...

Azərbaycan Gürcüstana əsas qaz ixracatçısı olub

Energetika Materials 9 Sentyabr 2008 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ "Gürcüstandakı hadisələr Rusiya qazının gürcü bazarına tədarükünə təsir etməyib", - Gürcüstanın energetika naziri Aleksandr Hetaquri çərşənbə axşamı bildirib.

"Hər halda, bu, siyasət yox, kommersiya münasibətləridir, - nazir qeyd edib. - Şirkətlər qazı haradan alacaqlarını, onun harada ucuz olacağını, hansı ölkə ilə qaz tədarükü haqqında müqavilə bağlanılacağını həmişə özləri həll edəcəklər".

Onun sözlərinə görə, Gürcüstanda qaz bazarı dövlət tərəfindən tənzimlənmədiyi üçün, şirkətlər qazı haradan istəsələr almaq hüququna malikdirlər. Hetaqurinin rəyinə görə, başlıcası, diversifikasiya üçün texniki imkanların olmasıdır. Bu gün Gürcüstan Azərbaycan və Rusiyadan qaz idxal edir. "Lakin əsas hissə Azərbaycandan idxal olunan qazın payına düşür, belə ki, Azərbaycan qazı Rusiya qazı ilə müqayisədə ucuzdur", - nazir vurğulayıb.

Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstana sutkada təxminən 1,3 - 1,5 mln. kubmetr qaz ixrac edir. Gürcüstan xarici şirkətlər Konsorsiumunun işlədiyi Azərbaycanın "Şahdəniz" qaz - kondensat yatağından sutkada təqribən 1 mln. kubmetr qaz alır.

Sentyabrın 9-na olan cari mübadilə məzənnəsi -- 0,8156 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti