...

Azərbaycan ən iri neft ixracatçısı ölkələrindən biri olub – Beynəlxalq Enerji Agentliyinin nümayəndəsi

Energetika Materials 9 Sentyabr 2008 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Azərbaycan OPEK- ə daxil olmayan ən iri neft ixracatçısı ölkələrindən biri olub, - Beynəlxalq Enerji Agentliyi (BEA) icraçı direktorunun müavini Riçard Cons çərşənbə axşamı "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı" beynəlxalq sərgisində bildirib.

Cons qeyd edib ki, Azərbaycan ixracının həcmi vaxtında yatırılan sərmayələrdən asılı olacaq. Consun sözlərinə görə, qiymətlər düşsə də, neftə dünya tələbatı artacaq. Onun sözlərinə görə, Asiya, Yaxın Şərq, Çin və Cənubi Amerikanın hesabına 90 faiz artım müşahidə olunacaq. Təbii qaza gəldikdə isə, Cons bildirib ki, 2005 -2030 - cu illərdə tələbatın artımı ildə 2,1 faiz olacaq. Dünyada təsdiq olunmuş qaz ehtiyatları 180 trln. kubmetrdir. "Tələbatın hazırki səviyyəsində bu, 60 ilə kifayət edəcək", - o bildirib. Cons bildirib ki, regional qaz ixracı səviyyəsi artır və 2030 - cu ildə2005 - ci ildəki 13 faizdən 25 faizədək artacaq. Consun bildirdiyinə görə, BEA bəzi layihələrin təxirə düşməsi ilə bağlı narahatdır. "2007- ci ildə sərmayə qərarları müqayisəli dərəcədə az olub", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti