...

Bu il Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin dayanması ilə əlaqədar böyük miqdarda vəsaiti tam ala bilməyəcək – Dövlət Neft Fondunun rəhbəri

Energetika Materials 18 Sentyabr 2008 15:42 (UTC +04:00)
Bu il Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin dayanması ilə əlaqədar böyük miqdarda vəsaiti tam ala bilməyəcək – Dövlət Neft Fondunun rəhbəri

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir E.İsmayılov/ "Bakı-Tbilisi-Ceyhan boru kəmərində baş verən yanğın (avqustun əvvəlində) və bunun nəticəsində kəmərlə neftin ixracının dayanması ilə əlaqədar bu il Azərbaycanın tam ala bilməyəcəyi vəsaitlərin həcmi təxminən $1 mlrd.-a bərabərdir", - Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümov cümə axşamı bildirib.

"Bu itmiş mənfəət deyil. Bu vəsait gələn il əldə ediləcək", - o qeyd edib.

"Lakin bu, ARDNF-in 2008-ci ildə alınması proqnozlaşdırılan 10,1 mlrd. həcmində vəsaitinə təsir göstərməyəcək. Bu onunla izah olunur ki, cari ildə neftin qiymətləri yüksək olsa da, ölkə büdcəsi bu göstəriciyə mühafizəkar yanaşma əsasında formalaşdırılıb və büdcədə neftin qiyməti bir barelə görə $70 səviyyəsində müəyyən edilib", - Mövsümov bildirib.

Bu səbəbdən, hazırda dünya bazarlarında müşahidə edilən neftin qiymətlərində kəskin dəyişikliklər Azərbaycanın alacağı vəsaitlərin həcminə təsir etməyəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti