...

Qərb ekspertləri neftin qiymətinin kəskin azalacağını proqnozlaşdırırlar

Energetika Materials 25 Oktyabr 2008 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/ Trend , müxbir A.Bədəlova/ OPEK-in hasilatı azaltmasına baxmayaraq, 2009-cu ilin əvvəlinə neftin qiyməti bir barelə görə 50 dollaradək düşəcək, Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti Capital Economics-in beynəlxalq iqtisadçısı Hüqo Navaroo (Hugo Navarro) hesab edir.

"Kartelin hasilatın azaldılmasını elan etməsindən sonra, neftin qiymətinin kəskin şəkildə azalması xammalın ucuzlaşacağı barədə rəyimizi möhkəmləndirir", - Navarro şənbə günü elektron poçtla Trend -a bildirib.

OPEK, cümə günü keçirilən növbədənkənar iclasda hasilatın 1,5 mln. ton - sutkada 27,3 mln. barelədək azaldılması barədə qərar qəbul edib. Bu addım neft bazarının sabitləşdirilməsi üçün atılıb. Nyu-York birjasında Amerikanın WTİ növlü yüngül neftinin dekabr fyuçerslərinin qiyməti bir barelə görə 64,15 barelədək düşüb. Londonda ticarətin yekunlarına əsasən, Şimal dənizindən hasil edən Brent növlü neftin qiyməti barelə görə 62,5 dollaradək düşüb.

Navvaronun bildirdiyinə görə, neftin qiymətinin azalmasına bir neçə amil təsir göstərir.

"Əvvəla bu, xammala olan tələbatla bağlıdır. Artıq bir neçə ildir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində xammala tələbat azalır, - Navarro bildirib. - Dünya maliyyə böhranı inkişafda olan ölkələr, eləcədə Çin və Hindistana toxunduğu halda, bu ölkələrdə də neftə tələbat azalır".

İqtisadçının sözlərinə görə, qiymətlərə təsir edən digər amil yeni neft istehsalı obyetklərinə sərmayələrin yatırılmasıdır. Bu sahəyə sərmayələr dörd-beş il əvvəl - neftin qiymətləri artan vaxtda yatırılıb ki, bu da öz növbəsində bazarda yeni tədarüklərlə nəticələnib.

"Qiymətlərə təsir edən üçüncü amil dolların möhkəmlənməsi ilə bağlıdır", - Navarro əlavə edib.

Onun rəyinə görə, yaxın ildə OPEK sutkalıq hasilatın daha 2,5 mln. barel azaldılmasını elan edəcək. "Lakin bu, neftin qiymətinin azalmasını zəiflətsə də, əvvəlki tendensiyanı qaytarmaq mümkün olmayacaq", - Navarro bildirib. Onun sözlərinə görə, bu, ilk növbədə onunla bağlıdır ki, kvotların azaldılması heç də həmişə real hasilatın azalması demək deyil.

"Digər səbəb ondan ibarətdir ki, OPEK-ə üzv ölkələrin hər dəfə hasilatı azaltması müvafiq olaraq tədarüklərdə pozuntuları örtə biləcək artıq istehsal güclərinin çoxaldılmasını nəzərdə tutur", - Navarro əlavə edib.

Dünyada böyüklüyünə görə üçüncü bank - amerikanın JP Morgan bankının analitiki Lourens İqlsın (Lawrence Eagles) rəyinə görə, OPEK 2009-cu ilin birinci və ikinci rübündə hasilatı növbəti dəfə azaltmağa məcbur olacaq.

İqlsın şənbə günü elektron poçtla Trend -a bildirdiyinə görə, OPEK-in hasilatın azaldılması haqqında qərarı düşünülmüş, bazarın balanslaşdırılmasına yönəlmiş qərardır.

"Hasilatın azaldılması haqqında qərarın necə formalaşdırılması maraqlıdır. Bu o deməkdir ki: onun detalları vaxtından əvvəl hazırlanıb və möhkəm nəticənin əldə edilməsinin zəruriliyi barədə qəti razılaşma olub", - İqls bildirib.

Hasilatın azaldılması haqqında qərar 2008-ci in noyabrın 1-də qüvvəyə minir. Beynəlxalq kartel nümayəndələrinin Əlcəzairdə keçiriləcək növbəti müşavirəsi dekabrın 17-nə təyin olunub.

OPEK-in qərarına baxmayaraq, neftin qiymətinin azalmasının davam etməsindən danışan İqls qeyd edib ki, fond bazarının düşməsi və dolların möhkəmlənməsi fonunda neftin qiymətinin azalması təəccüblü deyil.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti