Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir S.Əliyev/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda BP neft şirkətinin dəstəyi ilə yaradılan Hövzələrin modelləşdrilməsi Mərkəzinin təqdimatı baş tutub. Mərkəz Cənubi Xəzərin çətin tədqiq olunan neft - qaz hövzəcində proseslərin modelləşdirilməsi ilə məşğul olacaq.
BP şirkəti tərəfindən təqdim olunan yeni avadanlıqlar yeni - rəqəmli - məlumat bazasının yaradılmasına imkan yaradacaq. Gələcəkdə Cənubi Xəzər hövzəsinin tam modelinin yaradılması nəzərdə tutulb. Bu, adı çəkilən hövzənin geoloji quruluşunun daha obyektiv öyrənilməsi və neft -qaz kəşfiyyatının səmərəliliyinin artırılmasına imkan yaradacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]