...

Azərbaycan Gürcüstana qaz ixracını davam etdirəcək – SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri

Energetika Materials 7 Noyabr 2008 19:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Azərbaycandan Gürcüstana təbii qaz ixracına dair müqavilə hələ imzalanmayıb", - SOCAR Georgia şirkətinin Baş direktoru Mahir Məmmədov cümə günü Gürcüstanın "İmedi" teleşirkətinə bildirib.

"Biz bu məsələyə ciddi yanaşmışıq, danışıqlar iki ölkə prezidentlərinin tapşırığı üzrə gedir və düşünürəm ki, bu münasibətdə problem olmayacaq", - o vurğulayıb.

Məmmədov bildirib ki, Gürcüstan daim Azərbaycandan güzəştli qiymətlərlə qaz alıb. Rusiya qazının Gürcüstan üçün qiyməti 260 dollar təşkil edir.

"Gürcüstanın ehtiyacları 1,7-1,8 mlrd. kubmetr təşkil edir. Biz bu həcmi tədarük edə bilərik. Qalan qaz isə, Türkiyəyə gedir", - Məmmədov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti