...

ABŞ qaz OPEK-nin yaradılmasını təqdir etmir

Energetika Materials 13 Noyabr 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir V.Şərifov/ ABŞ İran, Rusiya və Qətər tərəfindən qaz OPEK-nin yaradılmasına mənfi yanaşır.

"Belə birliklərdə yaxşı heç nə yoxdur. Bu kimi strukturun yaradılması Avropadakı qaz istehlakçıları üçün müsbət siqnal deyil", - deyə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ-ın Enerji Departamentinin katibi Samuel Bodman bildirib.

ABŞ hesab edir ki, neft kartelinin qaz üzrə analoqunun yaradılması həm hasilat, həm də istehlakçı ölkələrdə problemlərin ortaya çıxmasına gətirib çıxaracaq. Bundan əlavə, bunun qazın qiymətlərinin kəskin şəkildə artmasına gətirib çıxarmaq təhlükəsi var.

BP-nin "Dünya energetikası-2008" hesabatına görə, Rusiya 44,65 trln. kubmetr qaz həcmi ilə birinci, İran 27,8 trln. kubmetr ilə ikinci, Qətər isə 25,6 trln. kubmetr ilə üçüncü yeri tutur.

Xəbər lenti

Xəbər lenti