Qazaxıstan, Astana, 17 noyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanda yanvar-oktyabrda 48,59 mln. ton neft hasil edilib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 6 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistika Agentliyinin yayılan press-relizində bildirilir ki, yanvar-oktyabrda 27,33 mlrd. kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.