...

SOCAR yeni platformanın ikinci blokunu perspektivli dəniz strukturuna göndərib

Energetika Materials 1 Dekabr 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir E.İsmayılov/ İkibloklu "Ümid - 1" platformasının ikinci bloku artıq Heydər Əliyev adına Dərin Özüllər Zavodundan "Ümid" qaz - kondensat strukturuna göndərilib, - SOCAR şirkətində işlərə yaxın mənbə bazar ertəsi bildirib.

Platformanın hər iki blokunun tikintisini Dərin Özüllər Zavodu həyata keçirib.

Perpspektivli struktur Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin tərkibinə daxildir.

Qazmanı 2009 - cu ilin martında başlamaq planlaşdırılır, - mənbə əvvəllər bildirib. Əvvəllər qazma 2008 - ci ilin sonuna planlaşdırılırdı. Qazma işlərinin yubanmasının əsas səbəbi platformanın tikintisinin gecikməsidir. Ümumilikdə platformadan beş quyu qazmaq planlaşdırılır.

"Ümid- 1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənilən yataqlardan qaz hasilatının artırlması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Proqrama əsasən, SOCAR-ın dövlətə verdiyi təbii qazın həcmi 8 mlrd. kubmetr olmalıdır. Bu il SOCAR 8 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır ki, bunun da 7 mlrd. kubmetri dövlətə təhvil veriləcək.

Tikilib başa çatdırılmamış "Çıraq - 6" platformasının bazasında tikilən "Ümid - 1" platforması proqram çərçivəsində ən iri obyektdir - onun hündürlüyü 72 m təşkil edəcək. Platforma "Bulladəniz" dəniz yatağından 15 km məsafədə, suyun 58 m dərinliyində yerləşdiriləcək.

SOCAR-ın geoloqları "Ümid" dəniz yatağında güman edilən qaz ehtiyatlarını 200 -300 mlrd. kubmetr qiymətləndirirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti