...

"Sumqayıtelektrikşəbəkə" SC və "Azərsu" borcların ödənməsi barədə razılığa gəlib

Energetika Materials 19 Dekabr 2008 12:45 (UTC +04:00)
"Sumqayıtelektrikşəbəkə" SC və "Azərsu" borcların ödənməsi barədə razılığa gəlib

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir E.İsmayılov/ "Sumqayıtelektrikşəbəkə" SC (Elektrik enerjisi paylayıcı şəbəkə) və "Azərsu" Səhmdar Cəmiyyəti (Bakı, Sumqayıt və digər bölgələrə su paylayan şəbəkə) istifadə olunan elektrik enerjisinə görə yaranan borcların tam olaraq ödənməsi barədə razılığa gəlib. Bu barədə cümə günü "Sumqayıtelektrikşəbəkə"nin mətbuat katibi Anar Quliyev bildirib. Bunun nəticəsində Bakı, Sumqayıt və Azərbaycanın digər bölgələrinə su verən "Azərsu" obyektlərinə elektrik enerjisi verilişi bərpa olunub.

"Dünənki danışıqlardan sonra bu gündən "Azərsu"nun yığılan borcları ödənməyə başlamasına dair razılığa gəldik", - deyə Quliyev bildirib.

"Azərsu"nun borc ödəmələri bu gündən başlanacaq. "İlk ödəniş bu gün ediləcək, sonra isə borc ödəmələri artırılacaq", - deyə Quliyev bildirib.

Şərh üçün "Azərsu" ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ödəniləcək məbləğin cədvəli və həcmi hələ müəyyən edilməyib. Çox güman ki, ödəmələr hər ay həyata keçiriləcək. "Biz konkret rəqəmlər barədə danışmamışıq", - deyə Quliyev bildirib.

"Sumqayıtelektrikşəbəkə" SC cümə axşamı saat 15:00-da "Azərsu"ya elektrik enerjisi verilişini dayandırıb. Ceyranbatan su anbarında yerləşən və Bakı, Sumyayıtı su ilə təmin edən nasos stansiyaları "Azərsu" SC-nin istifadə olunan elektrik enerjisinə görə borcları ödəməməsi səbəbindən cərəyansız qalıb.

Dekabrın 1-nə olan məlumatlara görə, "Azərsu"nun istifadə olunan elektrik enerjisinə görə "Sumqayıtelektrikşəbəkə"yə 46,4 mln. manatdan çox borcu var. Müəssisənin 11 ay ərzind debitor borcu 8,5 mln manatdan çox təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti