...

SOCAR Energy Georgia Gürcüstanda 22 qazpaylayıcı şirkət alıb

Energetika Materials 26 Dekabr 2008 16:57 (UTC +04:00)
SOCAR Energy Georgia Gürcüstanda 22 qazpaylayıcı şirkət alıb

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ SOCAR Energy Georgia şirkəti və Gürcüstan hökuməti cümə günü qazpaylayıcı şəbəkələrin alınması barədə müqavilə imzalayıblar. Sənədi Gürcüstanın iqtisadiyyat naziri Laşa Jvaniya və Azərbaycanın SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev imzalayıblar.

Sazişə müvafiq olaraq, Gürcüstanın 22 regional qazpaylayıcı şirkəti SOCAR Energy Georgia-nın mülkiyyətinə keçir. Şirkətlər Kaxeti, Mtsxeta - Mtianeti, Şida və Kvemo Kartli regionlarında, Acariya, Quriya, İmereti, Sameqreloda yerləşir.

Sənədə əsasən, SOCAR Energy Georgia Gürcüstanın regionlarındakı abunəçiləri üç il ərzində qazlaşdırmaq və bu sahənin inkişafına 40 mln. dollar sərmayə yatırmağı öhdəsinə götürür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti