Azərbaycan, Bakı, 13 yanvar/ Trend / 2008-ci ildə Xaçmaz elektrak stansiyası tərəfindən (Azərbaycanın şimal bölgəsi) 410 mln. kilovatt/saat elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırılan 23 mln. kilovatt/saatdan çoxdur. Bu barədə "Azərenerji" SC-nin çərşənbə axşamı yayılan məlumatında bildirilir.
2008-ci ilin dekabrında elektrik stansiyası tərəfindən planlaşdırılan 35 mln. kilovatt/saata nisbətdə 38 mln. kilovatt/saatdan çox elektrik enerjisi istehsal olunub.
Hazırda stansiyada aqreqatlar texniki baxışdan keçirilir.
Xaçmaz elektrik stansiyası 2006-cı ilin sonunda istifadəyə verilib və ümumi gücü 87 meqavatt olan 10 aqreqatdan ibarətdir.