...

Rusiya qazının Gürcüstandan Ermənistana tranziti dayandırılıb

Energetika Materials 25 Yanvar 2009 12:17 (UTC +04:00)
Rusiya qazının Gürcüstandan Ermənistana tranziti dayandırılıb

Gürcüstan, Tbilisi, 25 yanvar/ Trend müxb. N.Kirtsxalia/ Rusiya qazının Gürcüstandan Ermənistana tranziti yenidən dayandırılıb. Bu haqda Trend -a Gürcüstanın neft və qaz korporasiyasında bildiriblər.

Qaz nəqlinin dayandırılmasına səbəb Qveleti qazölçmə stansiyasında baş verən qəzadır. Dünən axşamdan Cənubi Osetiyaya bərpa edilən qazın tranziti də dayandırılıb.   

Neft və qaz korporasiyasından verilən məlumata əsasən, qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır, lakin onların nə vaxt başa çatacağı bəlli deyil. Son ay ərzində bu magistral qaz kəmərində baş verən ikinci qəzadır. Gürcüstan əhalisinin qazla təminatında fasilə yaranmayacaq. Ölkə təbii qazı Azərbaycandan alacaq.

Xəbər lenti

Xəbər lenti