...

Dehli Türkmənistan - Əfqanıstan - Pakistan - Hindistan qaz kəmərinin tezliklə realizəsinin tərəfdarıdır

Energetika Materials 26 Yanvar 2009 16:42 (UTC +04:00)

Türkmənistan, Aşxabad, 26 yanvar / Trend , müxbir E.Həsənov/ Hindistan, Türkmənistan qazını Əfqanıstan və Pakistandan keçməklə Hindistana gətirəcək qaz kəmərinin tikintisi layihəsinin həyata keçirilməsi üçün müzakirələrdə fəal iştirak edir", - "Neytralnı Turkmenistan" qəzetinə müsahibəsində Hindistanın Aşxabaddakı səfiri Muhammed Afzal bildirib.

"Bildiyiniz ki, Hindistan "Transəfqan" qaz kəmərinin tikintisi layihəsinin rəsmi iştirakçısı olduğu zamandan bəri, bu beynəlxalq layihənin tezliklə həyata keçirilməsi üçün onun müzakirəsində fəal şəkildə iştirak edir", - o, qeyd edib.

Hind diplomatın fikrincə, "Karbohidrogen ehtiyatları ilə zəngin Türkmənistan və yüksək texnoloji potensial və böyük istehlak bazarı olan Hindistan uğurlu tərəfdaş ola bilərlər".

Dehli, BMT Baş Assambleyasının 63-cü sessiyasının gündəliyinə Türkmənistanın təşəbbüsü ilə salınmış "Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun beynəlxalq əməkdaşlığın davamlılığı və inkişafında rolu" qətnamə layihəsinin qəbulu üzrə ko-sponsop kimi çıxış edir.

"Qlobal enerji təhlükəsizliyi kontekstindən çıxış etsək, Berdımuhammedovun irəli sürdüyü təşəbbüsün vacibliyini qeyd etmək lazımdır", - Afzal bildirib.

Onun fikrincə, bu sənəd ərazisindən transmilli boru kəmərləri keçən ölkələrdə və türkmən enerji daşıyıcılarının sonuncu istehlakçılarında enerji yollarının siyasi, iqtisadi və ya başqa səbəblərdən davamlı işinin dayanmayacağına inamı artıracaq.

"(Türkmənistan) Prezidentinin həyata keçirdiyi enerji daşıyıcılarının etibarlı və çoxşəbəkəli nəqli siyasəti, təbii ki, öz bəhrəsini verəcək və planetimizin xalqları da bundan yararlanacaq. Hindistan nəinki, türkmən liderinin təşəbbüsünü yüksək qiymətləndirmiş, həm də qətnamənin ko-sponsoru da olmuşdur", - diplomat qeyd edib.

Hind diplomat həm də dünyanın ən böyük qaz yataqlarının ilk "beşliyi"nə daxil olan Cənubi Yeloten-Osman təbii qaz yatağının auditinin nəticələrini də qiymətləndirib: "Bu bir daha sübut etdi ki, Türkmənistanın enerji ehtiyatları nəinki türkmənistanlıların problemsiz həyatının təminatına, eləcə də eneji layihələrinin həyata keçirilməsinə imkan verir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti