...

Beynəlxalq Energetika Agentliyi 2009-cu ildə neftə tələbatın azalacağını proqnozlaşdırıb

Energetika Materials 13 Mart 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /  Trend , müxbir A.Bədəlova /

Beynəlxalq Energetika Agentliyinin (BEA) rəsmi saytında yerləşdirilmiş məruzəsinə əsasən, dünyanın neftə olan tələbatının 2008-ci ildəki sutkalıq 85,7 milyon barel neftə nisbətdə cari ildə 1,2 milyon barel azalaraq, 84,4 milyon barel təşkil edəcək.

Məruzədə deyildiyi kimi, bu göstəricilər keçmiş Sovet İttifaqı respublikalarında, Asiya və Şimali Amerikada tələbat üzrə proqnozların yenidən qiymətləndirilməsi əsasında meydana çıxıb.

BEA OPEK-ə daxil olmayan ölkələrin neft tədarüklərinin 2009-cu ildə 380 min barel azalacağını proqnozlaşdırıb.

Agentliyin qiymətləndirməsinə əsasən, fevral ayında dünya tədarükünün həcmi yanvar ayının göstəricisindən bir milyon barel az olmaqla, 83,9 milyon barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: с[email protected]

Xəbər lenti

Xəbər lenti