...

"KazMunayQaz" Pavlodar NEZ-in yeganə sahibi olacaq

Energetika Materials 30 Aprel 2009 15:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 aprel / Trend , müxbir K. Arınova /

"KazMunayQaz" Milli Şirkəti (KMQ) Pavlodar Neft Emalı Zavodunun (NEZ) yeganə sahibi olacaq. Bu barədə Trend -ın xüsusi müxbirinə "KazMunayQaz Ticarət Evi" SC-dən ("KazMunayQaz" MŞ SC-nin törəmə müəssisəsi) adının açıqlanmasını istəməyən məlumatlı mənbə xəbər verib.

"Milli Şirkətin rəhbərliyi strateji qərar qəbul edib. Qərara əsasən şirkət "ManqistauMunayQaz"ın (MMQ) səhmlərinin alınması üzrə sövdələşməyə Çin şirkəti ilə birgə daxil olacaq, bundan əlavə şirkət ayrıca lot ilə satışa çıxarılan Pavlodar zavodu səhmlərinin 100 faizini əldə edəcək", - deyə sözçü bildirib.

Əvvəllər verilən məlumata görə, KMQ Çinin CNPC Exploration and Development Company Ltd (CNPC E&D) şirkəti ilə birgə paritet əsaslarla MMQ neft emalı şirkətini İndoneziyanın Central Asia Petroleum Ltd şirkətindən alacaq. Lakin onlar tərəfindən əldə olunan MMQ aktivlərinə Pavlodar zavodu daxil olmayıb.

Mənbə xatırladıb ki, hazırda Atırau NEZ səhmlərinin 100 faizi, Şımkent NEZ səhmlərinin isə 50 faizi "KazMunayQaz" Milli Şirkətinə məxsusdur. Bu gün respublikada ümumilikdə üç NEZ var: şimalda Pavlodar, cənubda Şımkent və qərbdə Atırau.

"Hər üç NEZ-in dövlətin nəzarətinə keçməsi ilə milli şirkətin yanacaq-sürtkü materialları daxili bazarında qiymətlərin tənzimlənməsinə təsiri birmənalı qaydada güclənəcək", - deyə o hesab edir.

Əvvəllər verilən məlumata görə, son iki ildə Pavlodar NEZ-də emal həcmi ildə 4-4,3 mln. ton neft təşkil edib. Lakin onun layihə imkanları beş milyondan altı milyon ton neftə qədərdir. İttifaq illərində tikilən zavod texniki cəhətdən yalnız Rusiyanın Sibir yataqlarından çıxarılan neft üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti