...

SOCAR yanvar-apreldə dizel yanacağı ixracını artırıb

Energetika Materials 4 May 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend /

SOCAR şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsi (MİƏİ) yanvar-aprel aylarında Neft emalı zavodlarından 759 min ton əsas neft məhsulu növlərini ixrac edib. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 805,4 min ton olub.

Apreldə MİƏİ-dən təxminən 195,5 min ton neft məhsulu ixrac edilib.

Azərbaycanda cəmi iki Neft Emalı Zavodu (NEZ) var - bu Heydər Əliyev adına və Azneftyağ NEZ-ləridir. Birinci NEZ-də əsasən ağ, ikincisində qara neft məhsulları istehsal olunur. İki zavodun məcmu gücü - ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycan Dövlət Neft Şirkətinin neft məhsulları ixracının müqayisəli cədvəli:

Neft məhsulu

Yanvar-aprel 2008

min ton

Yanvar-aprel 2009

min ton

Dizel yanacağı

495,8

509,8

Mazut

94,4

31,3

Avtomobil benzini

120,6

70,6

Aviasiya kerosini

94,6

147,4

Sürtkü yağları

0

0

Bitum

0

0

Xəbər lenti

Xəbər lenti