Azərbaycan, Bakı, 05 may / Trend , müxbir E.İsmayılov /
"Sumqayıtelektrikşəbəkə" SC (elektrik enerjisinin Sumqayıt şəhəri və Bakının Binəqədi rayonu üzrə paylayan və satan) 13 may saat 15:00-dan etibarən növbəti dəfə "Azərsu" SC-yə (Azərbaycanda içməli və məişət suyunun bölüşdürücüsü) daxil olan müəssisələrə elektrik enerjisinin verilişini dayandıracaq. "Buna səbəb müəssisələrin işlətdiyi elektrik enerjisinə görə 48 milyon manat həcmində yığılan debitor borclardır", - "Sumqayıtelektrikşəbəkə" SC-nin mətbuat katibi Anar Quliyev bu gün deyib.
"Azərsu" SC-yə verilən elektrik enerjisinin kəsilməsinə başlıca səbəb ötən iki il ərzində yığılmış böyük məbləğdə debitor borclardır. Eləcə də cari ildə əmələ gəlmiş 1 milyon manatdan çox olan borc", - Quliyev deyib.
Quliyev əlavə edib ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq "Azərsu" debitor borclarını ödəmir. Bunanla yanaşı, müəssisə cari ildə isti elektrik enerjisinin haqqını da tam ödəmir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]