...

2009-cu ildə "Azəri-Çıraq-Günəşli"də hasilat sutkada 702 min barel təşkil edəcək – BP

Energetika Materials 8 May 2009 12:55 (UTC +04:00)
2009-cu ildə "Azəri-Çıraq-Günəşli"də hasilat sutkada 702 min barel təşkil edəcək – BP

Azərbaycan, Bakı, 08 may / Trend /

Bu il "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi layihəsi çərçivəsində orta sutkalıq hasilat həcmi 2008-ci ildə beş platformadan hasil edilən 688,5 min barelə nisbətdə sutkada 702 min barel (ildə təqribən 34,6 mln. ton) təşkil edəcək. Bu barədə BP şirkətinin (layihə operatoru) məlumatında bildirilir.

"AÇG"də ümumi hasilatın sutkada təqribən 97,4 min bareli "Çıraq"dan, sutkada 117,9 min bareli "Mərkəzi Azəri"dən, sutkada 255 min bareli "Qərbi Azəri"dən, sutkada 113,4 min bareli "Şərqi Azəri"dən və sutkada 118 min bareli "Dərinsulu Günəşli"dən hasil ediləcək.

"Azər-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə operator BP sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma personalını dənizdə qazın aşkar olunması səbəbindən evokuasiya edib. Təhlükəsizlik məqsədi ilə yatağın qərb hissəsində "Qərbi Azəri" platformasında da hasilat dayandırılıb. Burada hasilat sonradan bərpa edilib.

Hazırda "Mərkəzi Azəri" platformasında 13 quyudan 12-si fəaliyyət göstərir. Tammiqyaslı hasilat platformada tədqiqat işləri başa çatdırıldıqdan sonra bərpa olunacaq.

Bu ilin birinci rübündə "AÇG"dən hasilat həcmi sutkada 738 min barel neft (təqribən 9 mln. ton) təşkil edib. Bu həcmin 114 min həcmi Çıraqdan, 131 min bareli "Mərkəzi Azəri"dən, 252 min bareli "Qərbi Azəri"dən, 142 min bareli "Şərqi Azəri"dən və 99 min barreli "Dərinsulu Günəşli"dən hasil edilb.

"AÇG"də ümumi sutkalıq neft hasilatı hazırda təqribən 850 min barel təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti