...

Azərbaycanın yeraltı qaz anbarlarına təqribən 90 mln. kubmetr qaz vurulub

Energetika Materials 10 May 2009 12:41 (UTC +04:00)
Azərbaycanın yeraltı qaz anbarlarına təqribən 90 mln. kubmetr qaz vurulub

Azərbaycan, Bakı, 10 may / Trend /

Azərbaycanın yeraltı qaz anbarlarına vurulan qazın həcmi sutkada orta hesabla təqribən altı-yeddi milyon kubmetr təşkil edir. Bu barədə bazar günü "Azəriqaz" QSC-nin (Azərbaycanda qaz satıcısı və paylayıcısı) Əlixan Məlikov bildirib. Cari ilin aprel ayından bu günədək yeraltı qaz anbarlarına təqribən 90 milyon kubmetr qaz vurlub.

"Azəriqaz" yeraltı qaz anbarlarına qazı 2009-2010-cu illər payız-qış dövründə istifadə üçün vurur.

2008-2009-cu illərin payız-qış dövlərində istifadə üçün ötən il Azərbaycanın yeraltı qaz anbarlarına ümumilikdə 1,4 mlrd. kubmetr qaz vurulub. Yeraltı qaz anbarları Azərbaycana yay dövründə artıq qalan qazın qışda istifadə üçün saxlanılmasından ötrü lazımdır.

Azərbaycanın qaz anbarlarında qalan (ötən ildən) qaz ehtiyatları təqribən 600 mln. kubmetr təşkil edib.

Hazırda Azərbaycanda iki yeraltı qaz anbarı var. Biri fəal gücü 500 mln. kubmetr olan "Qaradağ", digəri isə "Kalmaz"dır( fəal gücü 1,1 mlrd. Kubmetr).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti