...

İran Türkiyə şirkəti ilə qazın Avropaya nəqli barədə razılıq əldə edib

Energetika Materials 23 May 2009 17:39 (UTC +04:00)

İran, Tehran, 23 may / Trend / İran Türkiyə şirkətlərinin biri ilə İran qazının Avropaya nəql edilməsi barədə razılığa gəlib. Bu barədə şənbə günü İranın Milli qaz şirkətinin direktoru Rza Kəsaizadə deyib. Məlumatı "Mehr" informasiya agenliyi yayıb.

"Razılaşmaya əsasən, türk şirkəti ildə 35 milyard kub metr İran qazının Avopaya nəql edilməsi üçün Türkiyə Dövlətinin rəsmi icazəsinin alınması prosedurunu üzərinə götürüb", - Kəsaizadə qeyd edib.

İran rəsmisi şirkətin adını açıqlamayıb.

Sözügedən türk şirkətinin səhmlərinin 50%-i İrana məxsusdur.

Kəsaizadənin sözlərinə əsasən, İran öz qazının "Pars" və "Nabukko" boru kəmərləri vasitəsi ilə nəqlində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti