...

Azərbaycanda yanvar-may aylarında 20 min tondan çox neft koksu istehsal olunub

Energetika Materials 8 İyun 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend /

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) 2008-ci ilin analoji dövründə istehsal olunan 57,3 min tona nisbətdə bu ilin yanvar-may aylarında 23,8 min ton neft koksu istehsal olunub, SOCAR-dan bildirilib.  

May ayında SOCAR 6,8 min ton neft koksu istehsal edib.

2008-ci ildə NEZ-də 168,93 min ton neft koksu istehsal olunub. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.    

2006-cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə müəssisəsədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçısı Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti