...

Ankarada "Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilə imzalanıb

Energetika Materials 13 İyul 2009 14:56 (UTC +04:00)
Ankarada "Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilə imzalanıb

Türkiyə, İstanbul, 13 iyul / Trend /

"Nabukko" qaz kəməri layihəsinin iştirakçısı olan ölkələr bu gün Ankarada hökumtələrararası müqavilə imzalayıblar. Sənəd bilavasitə Türkiyə, Avstriya, Macarıstan hökumət başçıları ilə Bolqarısran və Rumıniyanın energetika nazirləri arasında imzalanıb. Mərasimdə 20 ölkənin nazirləri, həmçinin ABŞ-ın Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar, ABŞ Dövlət katibi köməkçisinin müavini Metyu Brayza, energetika üzrə Avropa komissarı Andris Piebalqs iştirak edib. Mərasimdə Azərbaycan tərəfini sənaye və energetika naziri Natiq Əliyev təmsil edib. 

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri Xəzər regionundan Avropa İttifaqı ölkələrinə qaz ixracını nəzərdə tutur.  Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq.

Hökumətlərarası müqavilənin imzalanmasından sonra atılacaq addım "open season" - qaz kəmərinin doldurulması üzrə ərizələrin qəbulu prosesi olacaq. Layihə üzrə investisiya qərarı gözlənildiyi kimi 2010-cu ilin birinci rübündə qəbul ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti