...

Azərbaycanın Dövlət Neft Fondunun aktivləri demək olar ki, 12 milyard dollardır – fond rəhbəri

Energetika Materials 24 İyul 2009 16:25 (UTC +04:00)
2009-cu ilin birinci yarısının nəticələrinə görə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəliri 3156,3 milyon manat, xərci isə 2685,7 milyon manat olub. Bu barədə cümə günü mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
Azərbaycanın Dövlət Neft Fondunun aktivləri demək olar ki, 12 milyard dollardır – fond rəhbəri

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir E.İsmayılov /

2009-cu ilin birinci yarısının nəticələrinə görə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəliri 3156,3 milyon manat, xərci isə 2685,7 milyon manat olub. Bu barədə cümə günü mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Fonda daxil olan vəsaitin böyük hissəsi mənfəətli neft satışından gəlib. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlir 2989,3 milyon manat səviyyəsində olub. O cümlədən neft və qaz satışından 2907,6 milyon manat, "Bakı-Tbilisi-Ceyhan" layihəsi üzrə dividentlərdən 75,5 milyon manat, akrlarla ödəmələr üzrə 1,1 milyon manat, xarici sərmayədarların öz aktivlərindən qaytarmalarından 0,1 milyon manat gəlir əldə olunub. ADNF vəsaitinin idarəolunmasından gələn gəlir 167 milyon manat təşkil edib.

Fondun məxaric strukturundan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 20,2 milyon manat ayrılıb. Fonddan dövlət büdcəsinə transferlər 2530 milyon manat təşkil edib.

ADNF-in vəsaitindən Samur-Abşeron suvarma sisteminin bərpası üzrə layihənin maliyyələşdirilməsinə 61,9 milyon manat, Oğuz-Qəbələ zonasından Bakıya qədər su kəmərinin çəkilməsinə 68,5 milyon manat, Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun inşası layihəsinin maliyyələşdirilməsi üçün 1,1 miylon manat, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı dövlət proqramına 1,3 milyon manat ayrılıb.

İlin birinci yarısında fondun idarə edilməsi üzrə xərclər 2,7 milyon manat təşkil edib. Fondun valyuta kurslarının dəyişməsindən yaranan fərq üzrə büdcədən kənar xərcləri 100,5 milyon manat təşkil edib.

2009-cu il iyulun 1-nə olan vəziyyətə görə fondun aktivləri 9557,7 milyon manat (11886,4 milyon dollar) təşkil edib ki, bu da ötən illə müqayisədə 6,35 faiz çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti