...

BP Azərbaycanın "Azəri" yatağında bərpa işlərini davam etdirəcək

Energetika Materials 18 Avqust 2009 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend /

BP bu il ərzində ötən ilin payızında "Mərkəzi Asiya" yatağında baş verən qaz sızmasının nəticələrinin aradan qaldırılması üzrə bərpa işlərini davam etdirəcək. Bu barədə BP-nin məlumatında qeyd olunur. Bu yataq BP operatorluğu altında işlədilən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokuna daxildir.

Sentyabrın 17-də BP "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və platforma yaxınlığında dənizə qaz buraxılmasının aşkar edilməsi ilə əlaqədar platformada çalışan heyəti evakuasiya edib. Ehtiyat məqsədi ilə yatağın qərb hissəsində əvvəlcədən bərpa edilən "Qərbi Azəri" platformasında hasilat dayandırılıb.

AÇG iri dəniz yataqları blokunun işlənmə layihəsi üzrə iştirakçılar bunlardır: BP (operator - 34,1367%), ChevronTexaco (10,2814%), ARDNŞ (10%), INPEX (10%), Statoil (8,5633 %), ExxonMobil (8,006%), TRAO (6,75%), Devon Energy (5,6262%), ITOCHU (3,9205%), Delta Hess (2,7213%). Lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.

BP şirkəti hazırda "Qərbi Azəri" yatağında neft hasilatı quyusu qazır. İl ərzində yatağın bu hissəsində sudoldurma və neft hasilatı quyularının qazılmasını həyata keçirməyi və tamamlamağı planlaşdırır.

Hazırda şirkət tərəfindən, həmçinin "Şərqi Azəri" yatağında tamamlanması senytabra nəzərdə tutulan neft hasilatı quyularının qazılma işləri həyata keçirilir. İlin sonunadək burada əlavə sudoldurma quyusunun qazılması və tamamlanması planlaşdırılır.

İlin sonunadək "Günəşli" yatağının dərinsulu hissəsində neft hasilatı quyusunun qazılması və tamamlanması, həmçinin təxminən 2010-cu ildə tamamlanacaq yeni quyunun qazılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti