...

Azərbaycanda EITI-nin tətbiqi üzrə çoxtərəfli qrup yaradılacaq

Energetika Materials 28 Avqust 2009 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend /

Hasilat sənayesində şəffaflıq üzrə hökumət komissiyası (EITI), yerli və xarici hasilat şirkətləri, həmçinin hasilat sənayesində şəffaflığın artırılması üzrə qeyri-hökumət koalisiyası Azərbaycanda EITI-nin tətbiqi üzrə çoxtərəfli qrup yaradılmasına dair sənədin razılaşdırılmasını praktiki olaraq başa çatdırıblar. Bu barədə Dövlət Neft Fondunun məlumatında deyilir.

Sənədin bəzi maddələri yaxın zamanda razılaşdırılacaq, bundan sonra müqavilə imzalanacaq, fondun məlumatında deyilir.

Görüş iştirakçıları auditini Deloitte&Touchе şirkətinin həyata keçirdiyi "2008-ci il ərzində EITI üzrə hesabat" onuncu hesabatnı müzakirə ediblər. Görüşün yekunları üzrə hesabatın təkmilləşdirilməsinə dair qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti