...

ARDNŞ dizel yanacağı və aviakerosin ixracını artırıb

Energetika Materials 8 Oktyabr 2009 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr / Trend /

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) yanvar-sentyabr aylarında neft emalı zavodlarından 1,6 milyon tona yaxın neft məhsulları ixrac edib. 2008-ci ilin müvafiq dövründə bu göstərici 1,7 milyon tondan artıq olub.

Avqustda MİƏİ tərəfindən 170,4 min ton neft məhsulları ixrac edilib.

Azərbaycanda neft məhsulları Bakının iki NEZ-nin bazasında istehsal edilir. İki zavodun gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına hər il dəniz və qurudakı yataqlardan əldə etdiyi 6 milyon ton nefti emal edən ARDNŞ-ın tərkibinə daxildir.

Neft məhsulu

Yanvar-sentyabr(2008) min ton

Yanvar-sentyabr(2009) min ton

Dizel yanacağı

898,82

1,117

Avtomobil benzini

276,76

184,24

Aviasiya kerosini

165,83

247,6

Soba mazutu

382,66

33,6

Xəbər lenti

Xəbər lenti