Bakı, Azərbaycan, 20 oktyabr / Trend , müxbir E. İsmayılov/
"Azərenerji" SC noyabr ayı ərzində Sumqayıt şəhərində 500MBT-lıq elektrik stansiyasını istismara verməyi planlaşdırır, "Azərenerji"SC-nin başçısı Etibar Pirverdiyev çərşənbə axşamı deyib.
"Stansiyanın inşaatı üzrə işlər tam başa çatıb. İşəsalma işləri sona yetib. Biz noyabrda elektrik stansiyasını istismara verməyi planlaşdırırıq", - Pirverdiyev deyib.
Onun sözlərinə görə, stansiya iki qaz və bir buxar turbinindən ibarətdir.