...

ARDNŞ yeni quyunun qazılmasına başlayıb

Energetika Materials 13 Noyabr 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend /

ARDNŞ "Cəfərli" quru yatağında yeni quyuların qazılmasına başlayıb. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, yeni quyunun layihə dərinliyi 4050 metr təşkil edir. 2010-cu ilin may ayında quyunun qazılması üzrə işlər başa çatmalıdır. Yeni quyudan sutkada 25-30 ton neftin hasil edilməsi proqnozlaşdırılır.

ARDNŞ, həmçinin "Bibiheybət" yatağında yeni quyunun qazılmasına başlayıb. Yeni quyunun dərinliyi 1350 metr təşkil edəcək. Quyunun qazılmasını bu ilin dekabr ayına kimi tamamlamaq planlaşdırılır. Quyudan sutkada 5-7 ton neftin hasil edilməsi proqnozlaşdırılır.

Azərbaycanda 57 neft-qaz quyusu mövcuddur, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ əməkdaşlarının ştatı hazırda 62 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti