...

Rusiyanın qaz satışı bazarı Azərbaycan üçün maraqlıdır - nazir

Energetika Materials 14 Noyabr 2009 13:36 (UTC +04:00)
Rusiyanın qaz satışı bazarı Azərbaycan üçün maraqlıdır, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev belə hesab edir.
Rusiyanın qaz satışı bazarı Azərbaycan üçün maraqlıdır - nazir

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir A.Bədəlova/

Rusiyanın qaz satışı bazarı Azərbaycan üçün maraqlıdır, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev belə hesab edir.

"Rusiya bazarı da Azərbaycan üçün maraqlıdır. Rusiya bizim üçün kiçik bazardır. Əgər o, qaz almağa hazırdırsa, o zaman biz "yox" deyə bilmərik", - şənbə günü mətbuat konfransında nazir bildirib.

Azərbaycan qazının Rusiyaya satılması barədə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. Müqavilə ARDNŞ və "Qazprom" arasında imzalanıb və 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə əsasən, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayan həcmdə qaz tədarük edəcək. Müqavilədə qaz həcminin yuxarı həddi göstərilməyib.

Nazirin sözlərinə əsasən, hər bir ixrac istiqaməti Azərbaycan üçün maraq kəsb edir.

"Əgər hər hansı biz seçim varsa, o zaman ondan üz çevirmək lazım deyil. Lakin biz milli maraqlara cavab verən, iqtisadi nöqteyi-nəzərdən səmərəli olan və qiymət cəhətdən sərfəli olanı seçməliyik", - nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti