...

ABŞ Xəzərdə neft hasilatının artmasını təsdiq edib

Energetika Materials 12 Yanvar 2010 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir A.Bədəlova/

2009-cu ilin yanvar-oktyabr aylarında Xəzər regionu ölkələrində orta sutkalıq neft hasilatı 15,95 milyon barel təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrüdə hasil edilən həcmdən 330 min barel çoxdur. Bu məlumatı ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) verib.

EIA-nın dünya nefti üzrə aylıq məruzəsinə əsasən, oktyabrda Xəzər ölkələrinin orta sutkalıq neft hasilatı 16,254 milyon barel, 2008-ci ilin oktyabrında isə 15,565 milyon barel təşkil edib.

EIA-nın məlumatına görə, Azərbaycanda 2009-cu ilin yanvar-oktyabr aylarında orta sutkalıq neft hasilatı 1,011 milyon barel, İranda 4,03 milyon barel, Qazaxıstanda 1,438 milyon barel, Rusiyada isə 9,468 milyon barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti