...

ARDNŞ Azərbaycan rayonlarını qazla təmin edir

Energetika Materials 22 Yanvar 2010 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend /

ARDNŞ Yardımlı şəhəri və rayonun Sırıq kəndi arasında uzunluğu 6,2 km olan boru kəmərinin inşasını başa çatdırıb. Bu barədə ARDNŞ tərəfindən cümə günü yayılan məlumatda deyilir.

Yeni 89 millimetrlik qaz kəməri 112 fərdi yaşayış evini qazla təmin etməyə imkan verir. Yeni qaz kəməri hələlik istismara verilməyib.

Sırıq kəndində paylayıcı şəbəkələrin inşasını bu ilin ilk rübü ərzində başa çatdırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti