...

Elektrik ötürücü xətlər keçən sahələrdə obyektlərin tikintisi əhaliyə təhlükə yaradır – "Bakıelektrikşəbəkə"

Energetika Materials 11 Fevral 2010 11:43 (UTC +04:00)
Hava və yeraltı elektrik ötürücü xətlərin keçdiyi ərazilərdə yaşayış və ticarət obyektlərinin tikintisi qəzaların aradan qaldırılmasına çətinlik törədir, əhali üçün təhlükə yaradır. Bu barədə çərşənbə günü "Bakıelektrikşəbəkə" SC-nin Baş mühəndisinin müavini Zakir Quliyev deyib.
Elektrik ötürücü xətlər keçən sahələrdə obyektlərin tikintisi əhaliyə təhlükə yaradır – "Bakıelektrikşəbəkə"

Azərbaycan, Bakı, 11 fevral / Trend /

Hava və yeraltı elektrik ötürücü xətlərin keçdiyi ərazilərdə yaşayış və ticarət obyektlərinin tikintisi qəzaların aradan qaldırılmasına çətinlik törədir, əhali üçün təhlükə yaradır. Bu barədə çərşənbə günü "Bakıelektrikşəbəkə" SC-nin Baş mühəndisinin müavini Zakir Quliyev deyib.

"Bu çox mühüm məsələdir. Bakının bütün rayonlarında hava xətlərinin keçdiyi ərazilərdə binalar var, dirəklər yaşayış həyətlərində yerləşir. Bütün bunlar elektrik ötürücü xətlərdə qəza yarandığı zaman həmin ərazilərə ağır texnikanın cəlb edilməsində çətinlik yaradır ki, bu da təmirin gecikdirilməsinə gətirib çıxarır", - Bakıda elektrik hasilatı və paylanması ilə məşğul olan "Bakıelektrikşəbəkə" SC-nin Baş mühəndisinin müavini deyib.

Kabel xətlərinin keçdiyi ərazilərdə evlər və ticarət obyektləri tikilir, bunun nəticəsində isə xətlərin keçdiyi ərazilərdə təmir işləri aparmaq qeyri-mümkün olur.

Obyektlərin tikintisi zamanı təhlükəsizlik zonaları normalarına riayət edilmir və onlar gərginlik xətlərinın keçməsindən asılı olaraq sökülür. Nümunə olaraq Quliyev təhlükəsizlik zonası 20 metr təşkil edən 110 kilovolt elektrik ötürücüsü xəttini göstərib. Obyektlərin tikilməsi zamanı yaxınlıqda yerləşən yarımstansıyalara qədər olan 25 metr təhlükəsizlik zonası normativinə riayət etmək lazımdır.

"Bütün bunlara riayət edilmir ki, bu da stansiyalara normal nəzarətə, onların təmirinə və zərurət yarandıqda ağır texnikanın gətirilməsinə çətinlik törədir", - Quliyev deyib.

Bakıda elektrik verilişindəki problemin səbəbi Bakını enerji ilə təchiz edən yüksəkvoltlu elektrikötürücü xətlərdən birindəki qırılma olub. Hazırda elektrik verilişi bərpa edilib.

Xəbər lenti

Xəbər lenti