...

Botas International Limited şirkətində kadr dəyişikliyi olub

Energetika Materials 3 Mart 2010 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmayılov/

Botas International Limited-in (BIL) yeni baş direktoru İbrahim Palaz bu vəzifədə Saleh Paşaoğlunu əvəz edib. Bu barədə BIL şirkətinin internet saytında yayılan məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin Dövlət Boru Şirkəti "Botaş" tərəfindən təsis edilib. 2001-ci ildə şirkət "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin istismara verilməsi məqsədi ilə yenidən təşkil edilib.

1997-2008-ci illərdə İbrahim Palaz Azərbaycanda və Rusiyada Halliburton şirkətində müxtəlif vəzifələrdə, həmçinin Hyustonda (ABŞ, Texas ştatı) şirkətin vitse-prezidenti vəzifəsində işləyib. 2008-2010-cu illərdə o, ABŞ-ın Universal Pegasus şirkətində Şimali Afrika, Yaxın Şərq və Xəzər dənizi regionu üzrə vitse-prezident vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti