Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.İsmayılov/
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanvar-may aylarında 770 min ton neft yükləri daşıyıb ki, ötən ay bu rəqəm 599 min ton təşkil edib. Bu barədə cümə axşamı Bakı limanındakı mənbə bildirib.
"Ümumilikdə, beş ay ərzində 770 min ton neft yükləri daşınıb. Ötən illə müqayisədə bu göstərici 20 faiz azdır", - mənbə deyib.
Onun sözlərinə görə, neft yüklərinin daşınması həcminin azalması Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.
2009-cu ildə ümumilikdə liman 2,5 milyon ton yük daşıyıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz azdır. Ümumilikdə, 2009-cu ildə liman vasitəsilə 5,1 milyon ton yük daşınıb.