...

ARDNŞ-nin Ekologiya İdarəsi "28 May" və "Günəşli" yataqlarında monitorinq keçirib

Energetika Materials 15 İyul 2010 19:59 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsi işlənmədə olan neft və qaz yataqlarında aparılan kəşfiyyat və istismar proseslərinin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə "28 May" və "Günəşli" yataqlarında mövsümi dəniz monitorinqini keçirib.
ARDNŞ-nin Ekologiya İdarəsi "28 May" və "Günəşli" yataqlarında monitorinq keçirib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsi işlənmədə olan neft və qaz yataqlarında aparılan kəşfiyyat və istismar proseslərinin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə "28 May" və "Günəşli" yataqlarında mövsümi dəniz monitorinqini keçirib. Bu barədə idarənin məlumatında deyilir.

İlkin monitorinq dövründə kimyəvi analizlərin aparılması üçün su və süxurların nümunəsi götürülüb və idarənin kompleks tədqiqat laboratoriyasına təhvil verilib.

Alinan nəticələrə uyğun olaraq, ilkin hesabatın hazırlanması palnlaşdırılıb. Yekun hesabatın ikinci analizdən sonra payızda işlənib hazırlanması planlaşdırılır.

Yekun hesabatda yatağın geoloji quruluşu, buradakı hidrometeoroloji şərait (iqlim, havanın temperaturu, küləklər, buludluluq, rütubətlilik, yağıntılar, dumanlar, axınlar və dalğalar), infrastruktur (özüllər, quyular, neft və qaz kəmərləri) haqqında, suyun və dib çöküntülərinin təhlili, mikrobioloji, hidrobioloji və ixtioloji tədqiqatlara dair ətraflı məlumat öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti