...

Tikililərin və avadanlıqların xüsusi izoləsi xərcləri və ətraf mühitə təsirləri azaldır - "Azbürümə" şirkətinin rəhbəri

Energetika Materials 27 İyul 2010 12:42 (UTC +04:00)
Azərbaycanda hermetik bürümə üzrə texnologiyaların və sifarişçinin istənilən məhsulunun sənaye PVX təbəqəsi ilə bürünməsi üzrə xidmətin analoqu yoxdur.
Tikililərin və avadanlıqların xüsusi izoləsi xərcləri və ətraf mühitə təsirləri azaldır - "Azbürümə" şirkətinin rəhbəri

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

Trend agentliyinin "Azbürümə" şirkətinin direktoru Anar Hüseynovla müsahibəsi

- "Azbürümə"nin bu sahədə təqdim etdiyi xidmətlərin hansı xüsusiyyətləri var? Malların, əşya və müxtəlif təyinatlı obyektlərin bürülməsi, eləcə də binalarda ekranların yaradılması hansı üstünlüklər verir?

- Hələlik Azərbaycanda hermetik bürümə üzrə texnologiyaların və sifarişçinin istənilən məhsulunun sənaye PVX təbəqəsi ilə bürünməsi üzrə xidmətin analoqu yoxdur. İlk dəfə biz bu materialı gətirmişik və ondan təkcə inşaat sektorunda deyil, iqtisadiyyatın digər seqmentlərində də istifadə oluna bilər. İnşaat sektoruna gəldikdə, indi binaların tikintisi zamanı tozun və digər hissəciklərin yayılmasının qarşısını almaq üçün inşaat torundan istifadə olunur. Lakin bu torların qoruyucu xüsusiyyətlərinə baxmayaraq, onlar tikinti prosesində və bərpa işləri zamanı yaranan hissəcikləri buraxır. Ona görə də qoruyucu tor çox tez sıradan çıxır, xarab olur və cırılır. Bizim iki il zəmanətlə təqdim etdiyimiz material cırılmır, hermetikdir və tikinti işləri zamanı yaranan və insan sağlamlığı üçün çox zərərli olan tullantıların havaya düşməsinin qarşısını tam şəkildə alır. Bundan başqa, eni 3 metrdən 12 metrədək və uzunluğu 140 metr olan təbəqə odadavamlıdır. Bununla yanaşı, binaların konservasiyası zamanı bu material bütün binanı örtür ki, bu da onun üzərinə toz və yağışın düşməsinin qarşısını alır. Bu, ətraf mühitə zərərli təsirlərin xeyli azalmasına imkan verir.

- Siz bürülmə işlərinin aparılması zamanı şirkətin hansı materiallardan istifadə etdiyi barədə danışa bilərsinizmi?

- Bürülmə işləri zamanı odadavamlı PVX təbəqələrindən istifadə edirik. Bu material bir çox müsbət xüsusiyyətlərə malikdir; su keçirmir və qorunan bütün bina və yüklərin ətrafını bağlaya bilir; inşaat işlərinin aparılması üçün təbii amillərdən tam müdafiə edir; tikililərin, mexanizmlərin, yüklərin və maşınların qorunması üçün ucuz vasitədir; böyük sahələrin örtülməsi zamanı odadavamlı təbəqədən sonra külək tutan səthin yaranmasını istisna edir; bürülmə zamanı isti təsirlər yalnız təbəqəyə təsir edir və örtülən obyektə keçmir; həm qapalı, həm də açıq sahələrdə örtülmə işləri aparmaq mümkündür.

- Azərbaycan regionda neft və neft məhsullarının ən iri istehsalçılarından biri olduğundan, əldə edilən məhsulun saxlanması məsələsi böyük önəm daşıyır. Bu, çən parklarının yaradılması və xüsusi anbarların tikintisini nəzərdə tutur. Bu sahədə "Azbürümə" şirkəti hansı təcrübəyə malikdir? Həmçinin, sənaye sektorunda hansı növ xidmətlər göstərilir?

-Təqdim etdiyimiz material izolə üçün nəzərdə tutulub, öz-özlüyündə isə bu material hermetikdir. O, həmçinin, neft sektorunda da neft və neft məhsullarının saxlanması üçün çənlərin izoləsi, həm də təchizat prosesində istifadə olunan saxlanma və mühafizədə istifadə oluna bilər. Bu, xüsusilə dənizdə yerləşən və suyun təsirinə məruz alan obyektlər üçün daha aktualdır.

- Yüklərin daşınması və göndərilməsi də böyük əhəmiyyətə malikdir. Burada, həmçinin, müxtəlif növ nəqliyyat vasitələrindən istifadə olunur. "Azbürümə" nəqlolunma və ixrac üçün nəzərdə tutulmuş malların qablaşdırılması sahəsində hansı təcrübəyə malikdir?

- Yüklərin nəqli və ixracı çox geniş sahədir və ona görə də bu bazarda işləmək də kifayət qədər cəlbedicididr. İlk növbədə, xüsusi bürülmə materialından istifadə xarici zədələnmələrin, eləcə də nəql olunan mala hava şəraitinin təsirinin qarşısını alır. Material istifadə zamanı çox rahat və sadə olur. Və ona görə də onu bütün növ, eləcə də istənilən ölçüdə malların qablaşdırılması zamanı istifadə etmək olar.

- Sizin şirkət müxtəlif nəqliyyat vasitələrinin yay və qış mövsümündə örtülməsi sahəsində xidmətlər təklif edir. Bu nəqliyyat vasitələri arasında çox spesifik, o cümlədən, yaxtalar, aeroxizəklər və hidrotsikllər var. Bu istiqamətdə şirkətin uğurları hansılardır?

- Avtosalonların sahibləri üçün örtülmələrdən istifadə kifayət qədər aktualdır, çünki bizdə avtomobillərin bir hissəsi "şou-salon"larda yerləşir, böyük hissəsi isə günəşin, küləyin, yağışın təsiri altında açıq sahələrdə qalır ki, bu da öz növbəsində, avtomobilin səthinə pis təsir göstərir. Bütün bunlar rəngin və avtomobilin salonunun yanmasına gətirib çıxarır. Ona görə də bizim bürümə texnologiyalarından istifadə avtosalonların sahiblərinə belə mənfi təsirlərdən qaçmağa imkan verir. Əgər avtomobil sektorunda fəaliyyətin bu növü, əsasən, avtosalonların sahibləri üçün maraqlıdırsa, nəqliyyatın yaxtalar, su motosikletləri kimi ekzotik növləri üzrə bu, adi vətəndaşlar üçün daha maraqlı olacaq. Bu onunla izah olunur ki, bunlar, əsasən, nəqliyyatın mövsümi növləridir və yay dövründə istifadə olunur. Payız və ya qış dövrlərində onlar külək və yağıntıların təsirinə məruz qalır. Eləcə də bu, detalların xarab olmasına gətirib çıxarır. Ona görə də mövsümi örtülmə belə zədələnmələrin qarşısını alır və sınma zamanı təmirə xərclənəcək vəsaitə qənaət etməyə imkan verir.

- Son illərdə sizin şirkət tərəfindən göstərilən xidmətlətə tələbat nə dərəcədə artıb? İş zamanı yerli xammaldan istifadə olunurmu?

- Hər yerdə tikintinin aparılması, nəqliyyat vasitələrindən geniş istifadə, yüklərin daşınması ilə əlaqədar materialdan istənilən obyektin - mebeldən başlamış binalaradək - örtülməsində istifadə oluna bilər. Bu, hazırda işlənməyən, o qədər də qiymətli olmayan və məişətdə istifadə olunan əşyaların sağ-salamat qalmasına imkan verir. Material özü ABŞ-da istehsal olunur və çox keyfiyyətlidir. Material, eləcə də onun istifadəsində lazım olan avadanlıqlar ABŞ-dan gətirilir. Hazırda bu materialdan həm Amerikada, həm Avropa ölkələrində, eləcə də Avstraliya və Yeni Zelandiyada kifayət qədər geniş istifadə olunur. Adamlar öz əmlaklarını təhlükəsiz saxlamağa üstünlük verirlər. Ən başlıcası budur ki, şirkətimiz çox əlverişli qiymətlərlə xidmət göstərir. Həmçinin, quraşdırılması ilə birgə bu materialın bir kvadrat-metrinin qiyməti müştərimizə 7 manatdan 10 manatadək başa gələ bilər. Təbəqənin üzərinə yazının yazılması, həmçinin, hər növ şəklin çəkilməsi də mümkündür. Halbuki şəkillərin salınması ilə birgə inşaat torunun alınması və quraşdırılmasının bir kvadrat-metri 20-25 manata başa gəlir.

- "Azbürümə"də kadrların ixtisasının artırılması məqsədilə hansı işlər görülür?

- İlk növbədə, işçilərimiz üçün bu materialla işləmək texnologiyası ilə tanış olmaq məqsədilə xüsusi treninqlər təşkil olunur. Çünki bizdə çalışan mütəxəssislər böyük təcrübəyə malikdirlər, onlar kifayət qədər qısa müddətdə bütün bürülmə prosesini mənimsəyiblər. Özü də bu prosesin özü çox vaxt aparmır; məsələn, bizim iki mütəxəssisimiz bir avtomobili 15-20 dəqiqə ərzində bürüyə bilər. Düşünürəm ki, bir doqquzmərtəbəli binanın örtülməsini bir-iki gün ərzində həyata keçirmək mümkündür. Hesab edirəm, bunlar qısa müddətlərdir və xidmətlərin dəyəri də kifayət qədər əlverişlidir.

Məlumat üçün:

AZBURUME LTD. www.burume.az

CASPIAN PLAZA

bina 3, 12-ci mərtəbə

AZ1065, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44

Tel: + 99412 436 71 14

Mob: + 99450 216 49 42; + 99470 235 41 14

Email: [email protected]

Xəbər lenti

Xəbər lenti