...

ARDNŞ Xəzərdə yüksəkdebitli istismar quyusunun qazılması çərçivəsində işlərin 55%-dən çoxunu yerinə yetirib

Energetika Materials 4 Sentyabr 2010 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.İsmayılov/

Hazırda Xəzərin Azərbaycan sektorundakı "8 Mart" dəniz yatağında yüksəkdebitli istismar quyusunun dərinliyi 3 200 metrdən çox təşkil edir.  Bu barədə ARDNŞ-dən məlumat veriblər. Quyunun layihə dərinliyi 5 800 metr təşkil edir.

"8 Mart" yatağında yerləşən bu quyunun dərinliyi hazırda 3 200 metri ötür", - mənbə bildirib.

Onun sözlərinə görə, quyunun qazılması normal rejimdə davam etdirilir və gələn ilin əvvəlində onun istismara veriləcəyi ehtimal olunur.

Quyunun gözlənilən sutkalıq debiti 350 min kubmetrə yaxın qaz və 40 ton kondensatdır.

"Hazırda "8 Mart" yatağından sutkalıq 400 min kubmetrdən artıq qaz hasil edilir. Geoloqlar artıq 9 qazma nöqtəsi müəyyən ediblər", - ARDNŞ-nin məlumatında deyilir.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, yerdə qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti