...

Türkiyə çox vacib alternativ enerji marşrutuna çevrilir – Prezident Abdullah Gül

Energetika Materials 2 Dekabr 2010 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Türkiyə enerjidaşıyıcıların Avropaya yeni marşrutlarla tədarükündə vacib rol oynayacaq. Bu barədə Türkiyə Prezidenti Abdullah Gül cümə axşamı dərc edilən "Reuters" agentliyinə müsahibəsində deyib.

"Siyasi mühit əlverişli olarsa, Rusiyadan resurslar Qafqaz, Mərkəzi Asiya və İrandan olan tədarüklərlə tamamlanacaq. Yaxın Şərq də normal variant ola bilər", - Gül bildirib.

Onun sözlərinə görə, yeni neft və qaz nəqli marşrutlarının diversifikasiyası Avropa ölkələri üçün mühüm əhəmiyyətə malik olacaq. "Bu halda Türkiyə çox vacib alternativ enerji marşrutuna çevrilir", - Gül əlavə edib.

Hazırda Azərbaycan və Mərkəzi Asiyadan qazın Avropa bazarlarına tədarükü böyük əhəmiyyət kəsb etməkdədir. Avropa İttifaqı tərəfindən bu qazın tədarükü ilə bağlı eyni vaxtda bir neçə layihə irəli sürülüb. "Cənub enerji dəhlizi"nin böyük layihələrindən biri Avropaya qaz tədarükünün və marşrutlarının Rusiyadan yan keçməklə diversifikasiyasına yönəlmiş "Nabukko" qaz boru kəməri layihəsidir.

"Cənub dəhlizi"nin bütün layihələri hissə-hissə Azərbaycan qazına yönəldilib. Bunula belə, qaz boru kəmərinin bütün perspektiv layihələri (ITGI, ТАР və "Nabukko") Türkiyə ərazisinə bağlıdır.

Xəbər lenti

Xəbər lenti