Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Noyabrda Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 88,2 faiz təşkil edib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, cari ilin noyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 430061,73 manat dəyərində, 4300,6 min kubmetr həcmində təbii qaz istifadə edilib. Ödənişdə 48627 nəfər abonent iştirak edib.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 65208 nəfərdir. Şəhər üzrə ümumilikdə, 61526 ədəd qaz sayğacı quraşdırılıb.