...

Dekabrın 24-də Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 25 Dekabr 2010 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 24-də 95,55 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 0,59 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, Gürcüstanın Batumi, eləcə də Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 24-də 94,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikliyinə görə Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 24-də 88,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 24-də 93,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti