...

Azərbaycan Dağıstana elektrik enerjisinin təchizatını davam etdirəcək

Energetika Materials 3 Mart 2011 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.İsmayılov/

Rusiya ərazində elelktrikötürücü xətlərdə aparılan təmir işləri ilə əlaqədar "Azərenerji" ASC Dağıstana gücü 150 meqavat olan elektrik enerjisi təchiz edəcək. Bu barədə cümə axşamı Trend-ə ASC-dəki mənbə deyib. Təmir işləri başlanmazdan əvvəl bunun gücü Azərbaycan və Rusiya arasında həyata keçirilən elektrik enerjisinin mübadiləsi şərtləri əsasında 10-15 meqavat təşkil edib.

Mənbənin sözlərinə görə, Dağıstan ərazisində təmir işləri Rusiyanın digər ərazisindən oraya elektrik enerjisini təchiz etməyə imkan vermir və buna görə də Dağıstanın elektrik enerjisinə olan tələbatı Azərbaycandan idxalın hesabına təmin edilir.

Xüsusilə, sutkada Azərbaycandan Dağıstana 4 milyon kilovat-saat elektrik enerjisi ixrac edilir.

"Dağıstana tədarük edilən elektrik enerjisinin dəyərini Rusiya tərəfi pulla ödəyəcək", - mənbə bildirib.

Rusiya ərazisində təmir işlərinin başa çatması müddətinə toxunan mənbə qeyd edib ki, bu hələ ki açıqlanmır və ASC tərəfindən elektirk enerjisinin təchizatı işlər başa çatana kimi davam edəcək.

"Azərenerji" fevralın 28-dən Dağıstana elektrik enerjisi təchiz etməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti