...

ARDNŞ Xəzərdə geofiziki tədqiqatlara hazırlaşır

Energetika Materials 7 Mart 2011 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ "Bahar Energy Limited" şirkəti üçün ikiölçülü geofiziki işlərin başlanılması ilə əlaqədar hazırlıq aparır. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

"İşlər "Bahar-2" perspektiv strukturu və "Qum Dəniz" yatağı arasında geofiziki tədqiqatları nəzərdə tutur.

"Bahar Energy" ilə geofiziki işlərin aparılmasına dair müqavilə hələ ki bağlanmayıb, lakin bu tədqiqatlara hazırlıq aparılır", - mənbə bildirib.

Bundan əvvəl ARDNŞ "Bahar" və "Qum Dəniz" dəniz yataqlarına çıxan blokda kəşfiyyat, bərpa, hazırlama və hasilat üzrə "Bahar Energy Limited" şirkəti ilə PSA tipli müqavilə imzalayıb. Müqavilə artıq Azərbaycan Milli Məclisi tərəfindən təsdiq olunub.

ARDNŞ və "Bahar Energy" arasında imzalanmış müqavilənin ikinci hisssəsi "Bahar-2" strukturunda kəşfiyyatı nəzərdə tutur. Üç il ərzində kəşfiyyat çərçivəsində bir kəşfiyyat quyusu qazmaq planlaşdırılır və lazım olarsa, dördüncü il daha bir quyu qazıla bilər. İlkin hesabatlara görə, "Bahar Energy Limited" şirkəti müqavilə çərçivəsində işlərin həyata keçirilməsinə bir milyard dollar həcmində investisiya qoyacaq.

Xəbər lenti

Xəbər lenti