...

Ukrayna Azərbaycana LNG-terminalın tikintisində iştirakı təklif edir (FOTO)

Energetika Materials 19 Aprel 2011 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Ukrayna Azərbaycana tikintisinin 2015-ci ildək başa çatdırılması planlaşdırılan maye qaz (LNG) terminalının inşasında iştirakı təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyinin Neft, qaz, torf, neft emalı sənayesi və alternativ yanacaq növləri departamentinin direktoru İqor Kiryuşin deyib.

Onun sözlərinə görə, Ukrayna 2015-ci ilə kimi ümumilikdə 5 milyard kubmetr maye qaz almaq niyyətindədir. Ukrayna tərəfi Azərbaycan ilə Gürcüstanın Kulevi neft terminalında maye qaz terminalının tikintisi çərçivəsində də əməkdaşlığa hazırdır. Terminal Azərbaycan qazının Rumıniyaya tədarükünü nəzərdə tutan AGRI layihəsi çərçivəsində tikiləcək.

Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasovun sözlərinə görə, Ukrayna tərəfi 2015-ci ilə kimi Azərbaycandan minimum 2 milyard kubmetr maye qaz almağı planlaşdırır.

Bu gün Bakıda energetika sahəsində əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna işçi qrupunun birgə iclası öz işinə başlayıb.

Xəbər lenti

Xəbər lenti