...

"Azəri-Çıraq-Günəşli"nin işlənilməsinə başlanılandan Azərbaycan 110 milyon tondan artıq mənfəət nefti əldə edib - ARDNŞ-nin birinci vitse-prezidenti

Energetika Materials 9 İyun 2011 10:40 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənilməsinə başlanılandan (1997-ci ildən) 238 milyon ton neft və 60 milyard kubmetr qaz hasil olunub.
"Azəri-Çıraq-Günəşli"nin işlənilməsinə başlanılandan Azərbaycan 110 milyon tondan artıq mənfəət nefti əldə edib - ARDNŞ-nin birinci vitse-prezidenti

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənilməsinə başlanılandan (1997-ci ildən) 238 milyon ton neft və 60 milyard kubmetr qaz hasil olunub. Trend-in məlumatına görə, bu barədə dünən ARDNŞ-nin geologiya, geofizika və yataqların işıənməsi məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransı çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hasil olunan neftin ümumi həcmindən 111 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşüb.

O bildirib ki, habelə "Şahdəniz" qaz-kondensat yatağının işləndiyi bütün dövr ərzində (2006-cı ildən) yeddi milyon ton kondensat və 26 milyard kubmetr qaz hasil olunub.

Yusifzadənin sözlərinə görə, hazırda Azərbaycanda sübut edilmiş neft ehtiyatları 2 milyard ton neft və 2,2 trilyon kubmetr qaz təşkil edir.

Azərbaycanda perspektiv karbohidrogen ehtiyatları 10 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti