...

ARDNŞ işə qəbul prosesini avtomatlaşdırır

Energetika Materials 30 İyun 2011 20:18 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İnsan Resursları Departamentində insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması məqsədi ilə iş diaqramlarının təsdiqlənməsi üzrə müzakirələrə start verilib.
ARDNŞ işə qəbul prosesini avtomatlaşdırır

Azərbaycan, Bakı, 30 iyun /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İnsan Resursları Departamentində insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması məqsədi ilə iş diaqramlarının təsdiqlənməsi üzrə müzakirələrə start verilib. Bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

İyulun 8-dək davam edəcək müzakirələrin nəticəsində Departamentin bütün fəaliyyət istiqamətlərini əhatə edən proseslər üzrə iş diaqramları hazırlanacaq. Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçiriləcək, şəffaflıq və ədalətlilik prinsipləri təmin olunmaqla subyektiv amillərin minimuma endirilməsi mexanizmi ilə tənzimlənəcək.

Vakansiyaların doldurulması 1 avqust 2011-ci il tarixinədək dayandırılıb. Vətəndaşlar ARDNŞ-yə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin korporativ veb-səhifəsinin (www.socar.az) Vakansiyalar bölməsindən və "İki Sahil" qəzetindən ala biləcəklər.

Xəbər lenti

Xəbər lenti