...

"Ekol" QSC Azərbaycandakı yataqların ekoloji pasportlarını hazırlayır

Energetika Materials 18 İyul 2011 16:26 (UTC +04:00)
"Ekol Mühəndislik Xidmətləri" QSC "Azneft" İstehsalat Birliyi ilə imzalanan müqavilə çərçivəsində ekoloji pasportların və bəzi neft-qaz çıxartma idarələrinin normativ-texniki sənədlərinin hazırlanması üzrə bir sıra işləri başa çatdırıb.
"Ekol" QSC Azərbaycandakı yataqların ekoloji pasportlarını hazırlayır

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyi ilə imzalanan müqavilə çərçivəsində ekoloji pasportların və bəzi neft-qaz çıxartma idarələrinin normativ-texniki sənədlərinin hazırlanması üzrə bir sıra işləri başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

O cümlədən, müqavilə "Bibiheybət", "N.Nərimanov" adına, "Nefr Daşları" NQÇİ üzrə sızmaların yol verilən həddi üzrə normativ-texniki sənədlərin hazırlanmasını nəzərdə tutur. Eləcə də QSC "Qaraçuxur" neft mədəninin möhkəmləndirilməsi üçün sızma və tullantıların yol verilən həddi üzrə ekoloji pasport və normativ-texniki sənədlər hazırlayacaq.

Bundan əlavə, "Bahar Energy" şirkəti ilə sızma və tullantıların yol verilən həddi üzrə ekoloji pasport və normativ-texniki sənədlərin hazırlanması, atmosferə zərərli maddələrin atılması mənbələrinin inventarlaşdırılması və digər normativ-texniki sənədlərin hazırlanması üzrə müqaviləyə hazırlıq işləri görülür.

Xəbər lenti

Xəbər lenti