...

Yeni qaz yatağının kəşfi Azərbaycan üçün mühüm strateji ehtiyatların meydana gəlməsi deməkdir - Aleksey Vlasov

Energetika Materials 10 Sentyabr 2011 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.TarIverdiyeva/

"Abşeron" blokunda yeni iri qaz yatağının kəşfi Azərbaycan üçün mühüm strateji ehtiyatların meydana gəlməsi deməkdir. Bu barədə Trend-ə "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov deyib.

"İri qaz yatağının kəşfi ilə Bakı ehtiyat bazasının genişlənməsi hesabına milli enerji strategiyasına düzəlişlər etmək imkanı qazanıb", - Vlasov bildirib.

Onun sözlərinə görə, əgər ehtiyat həcminə dair göstəricilər təsdiq olunarsa, o zaman "Azərbaycan qaz bazarındakı çətin partiyanın əsas "bank" oyunçularından birinə çevriləcək".

"İndi məsələ milli maraqlar, həmçinin Azərbaycanın əsas tərəfdaşları olan Rusiya və Aİ-nin maraqları nəzərə alınmaqla, qaz tədarükü konsepsiyasının necə ağıllı hazırlanmasındadır", - o deyib.

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Xəzərin Azərbaycan hissəsində, "Abşeron" blokunda iri qaz yatağının kəşf olunmasını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti