...

ARDNŞ Türkiyədəki yeni NEZ-in dəyərini açıqlayıb

Energetika Materials 19 Sentyabr 2011 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Türkiyədə Petkim neft-kimya kompleksinin tələbatını təmin etmək üçün inşa edəcəyi neft emalı zavodunun (NEZ) dəyəri 5 - 5,5 milyard dollar təşkil edəcək. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bazar ertəsi məlumat verib.

Yeni müəssisənin tikintisinə oktyabrın sonlarında başlanılması planlaşdırılır.

NEZ-in tikintisi başa çatdıqdan sonra onun ümumi emal gücü ildə 10 milyon ton təşkil edəcək.

Zavodun tikintisi neft-kimya kompleksinin xammala olan tələbatını, eləcə də hazır məhsulun Türkiyə bazarında satışını təmin etməyə imkan verəcək.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.
2010-cu ildə Petkim-in istehsal həcmi rekord 3,24 milyon ton neft səviyyəsinə çatıb, ixrac 531 milyon ton təşkil edir. Petkim habelə buxar və qaz turbinləri vasitəsilə 226 meqavatt elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Xəbər lenti

Xəbər lenti